Ən çox soruşulan suallar
Necə müraciət edə bilərəm?

Müraciətlərin qəbulu YAŞAT Fondu, Dayaq Xeyriyyə Cəmiyyəti"Sevgiilə" Stomatoloji Dayaq layihəsinin rəsmi kommunikasiya kanalları vasitəsilə həyata keçirilir. Vətəndaşlar müraciətlərini rəsmi veb-sayt, elektron poçt ünvanı və WhatsApp platforması üzərindən təqdim edə bilərlər.

Kimlər müraciət edə bilər?

Stomatoloji dəstəyə ehtiyacı olan aztəminatlı ailələr, şəhidlərimizin yaxın ailə üzvləri (ata, ana, həyat yoldaşı və övladlar) və üzündən zərər çəkmiş qazilər müraciət etmək hüququna malikdirlər.

Yardımlardan kimlər faydalanır?

Ağız boşluğu, dişlər, diş ətləri və çənə ilə bağlı stomatoloji patologiyalar və funksional pozğunluqlardan əziyyət çəkən fərdlər, bu layihənin təmin etdiyi stomatoloji xidmətlərdən istifadə etmək imkanına malikdirlər.