“Sevgi ilə Stomatoloji Dayaq” layihəsi, 2017-ci ildən etibarən Dt. Rafael Paşayevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və məqsədi aztəminatlı ailələrə, əlillik dərəcəsi olan qazilərimizə və şəhid ailələrinə təmənnasız şəkildə könüllü stomatoloji xidmətlər göstərməkdir. Layihə, ehtiyaclı insanlara ağız və diş sağlamlığını təmin etmək məqsədilə müxtəlif stomatoloji peşəkarlar və şirkətlərin könüllü dəstəyi ilə həyata keçirilir.

Layihənin əsasını təşkil edən stomatoloji şirkətlər, stomatoloqlar və diş texnikləri, öz xidmətlərini heç bir maddi gözlənti olmadan təqdim edərək bu humanitar fəaliyyətə töhfə verirlər. Bununla yanaşı, layihənin effektiv və düzgün idarə olunmasını təmin edən ofis komandası da fəaliyyətin yüksək keyfiyyətlə icra edilməsinə zəmanət verir. Layihə çərçivəsində könüllü olaraq iştirak edən peşəkarlar, öz ixtisas və təcrübələrini ehtiyacı olan insanlara təqdim etməklə, sosial məsuliyyətlərini yerinə yetirir və xeyriyyə fəaliyyətinin daha geniş əhatə dairəsinə çatmasına dəstək olurlar.

Bu əməkdaşlıq nəticəsində aztəminatlı ailələrə, əlillik dərəcəsi olan qazilərə və şəhid ailələrinə təmənnasız stomatoloji xidmətlərin göstərilməsi təmin olunur, beləliklə, hər kəsin sağlam ağız və dişlərə sahib olması mümkün olur. Layihənin yüksək keyfiyyəti və müsbət nəticələri, könüllülərin və peşəkarların birgə əməkdaşlığı sayəsində əldə edilir və bu, cəmiyyətdə sağlamlıq və rifah sahəsində daha böyük dəyişikliklərə səbəb olur.

375
könüllü
stomatoloq
Qazimizin Gülümsəməsinə Töhfəmiz
Məhəmmədin Sağlam Gülümsəməsi Üçün...
Fədakar atanın təbəssümü
Qazimizin Gülümsəməsinə Töhfəmiz
Məhəmmədin Sağlam Gülümsəməsi Üçün...
Fədakar atanın təbəssümü
Sevgi ilə Dəstək
“Stomatoloji Dayaq” Layihəsinin Ümumi Hesabatı
Göstərilən xidmətlərin ümumi dəyəri
605995 AZN
Yevlakh Mingachevir Kurdamir Mərkəzi Aran Ujar Zardab Goychay
2
Dağlıq-Şirvan Agsu Ismayilli Gobustan Shamakhi
5
Şərqi Zəngəzur Kalbajar Lachin Jabrail Zənqilan Gubadli
0
Julfa Shahbuz Babek Naxçıvan Sharur Sadarak Ordubad
0
Qazax-Tovuz Gazakh Tovuz Shamkir Agstafa Gadabay
5
Abşeron-Xızı Qaradağ Khizi Sumgayit
91
Baku Khirdalan
263
Gəncə-Daşkəsən Daşkəsan Göygol Göranboy Samukh Ganja
16
Siyazan Shabran Khachmaz Gusar Guba Quba-Xaçmaz
9
Gabala Oghuz Shaki Gakh Şəki-Zaqatala Zagatala Balakan
2
Shusha Barda Khankendi Khojavend Qarabağ Aghdam Tartar Aghjabadi Fuzuli
5
Masalli Lankaran Lerik Yardimli Jalilabad
9
Mil-Muğan Beylagan Saatli Sabirabad Imishli
9
Şirvan-Səlyan Neftchala Bilasuvar Salyan Hajigabul
2
service
Diş müalicəsi
775
service
Diş bərpası
564
service
Keramik qapaq
1362
service
Diş çəkimi
434
service
Protezlər
172
service
İmplant
152
service
Breket
29
service
Rentgenoloji müayinə
127
service
Gigiyena
51
service
Cərrahi prosedurlar
20

Fırçala, Gülümsə, Parla

"Ağız boşluğunun gigyenası" tədbiri

“Fırçala, Gülümsə, Parla” tədbiri uğurla keçirildi. Sevgiilə layihəsi çərçivəsində təşkil edilən “Fırçala, Gülümsə, Parla” tədbirində uşaqların ağız və diş sağlamlığına diqqət çəkildi. Splat şirkətinin dəstəyi və ADSU'nun könüllü tələbələrinin iştirakı ilə uşaqların ağız və diş müayinələri aparıldı.

Ətraflı
img
Sevgi ilə Yaşat!
logo

Sevgi ilə Yaşat olaraq, ehtiyacı olan insanlara dəstək olmaq və onların həyatını yaxşılaşdırmaq üçün səy göstəririk. Bu missiyanı daha da gücləndirmək üçün birgə qazilərimizə, şəhid ailələrinə və aztəminatlı ailələrə stomatoloji yardım təqdim edirik.

Biz inanırıq ki, sağlam gülümsəmək hər kəsin haqqıdır. Xüsusilə, Vətən uğrunda sağlamlığını itirmiş qazilərimizin, şəhid ailələrinin və imkansız insanların həyat keyfiyyətini artırmaq bizim mənəvi borcumuzdur. Bu əməkdaşlıq çərçivəsində, peşəkar stomatoloqlarımız onların pulsuz müayinə və müalicəsini həyata keçirir, sağlam dişlər və gülüşlər bəxş edirlər.

Layihəmiz yalnız tibbi yardımla məhdudlaşmır. Biz həm də bu insanlara mənəvi dəstək olmağa, onların qayğılarını paylaşmağa və cəmiyyətimizdə daha güclü bir birlik yaratmağa çalışırıq. Sevgi ilə Yaşatın təşəbbüsü sayəsində daha çox insana çatır, onların həyatına sevgi, mərhəmət və ümid gətiririk.

Sevgi ilə yaşadır, birlikdə gücləndiririk!

Əlavə məlumat üçün: https://yashat.gov.az/report/tableau

Könüllülərin
Qələbəsi!

“Stomatoloji Dayaq” layihəmiz Moskva şəhərində, 85 ölkənin iştirakı ilə keçirilən “We Are Together” beynəlxalq xeyriyyə müsabiqəsində qalib seçildi!

Bu möhtəşəm zəfəri Azərbaycanımızı beynəlxalq arenada təmsil edən “Dayaq” komandamızın fədakar könüllü stomatoloq və diş həkimlərinə həsr edirik. Onların peşəkarlığı, insanlığa verdiyi dəyər və təmənnasız xidməti bu uğurun əsl qəhrəmanıdır!

SƏYYAR STOMATOLOJİ XİDMƏT
img


Səyyar Stomatoloji Xidmət – Ehtiyacı olan insanlara, xüsusilə ucqar bölgələrdə yaşayan və ya stomatoloji xidmətlərə çatmaqda çətinlik çəkən şəxslərə, peşəkar stomatoloji xidmətlərin mobil şəkildə təqdim olunduğu bir layihədir. Bu xidmət, müasir diş müalicəsi və diaqnostikası ilə yanaşı, ağrısız müalicə, profilaktika və digər stomatoloji prosedurları ehtiyacı olan hər kəsə təmənnasız təqdim edir.

Səyyar Stomatoloji Xidmət ilə, hər kəsin sağlam ağız və dişlərə sahib olmasını təmin etmək üçün sizinlə birlikdə çalışmaqdan məmnun olarıq.

Bizim məqsədimiz, hər kəsə yüksək keyfiyyətli stomatoloji xidmətlər təqdim edərək, onların sağlam həyat tərzini dəstəkləməkdir.


SPONSOR HAQQINDA

 "Sevgiilə" layihəsinin müxtəlif sponsorluq paketləri mövcuddur. Hər bir sponsorun öz büdcə və maraqlarına uyğun dəstək verməsi mümkündür. Bizimlə əməkdaşlıq edərək, müxtəlif tədbirlərdə, layihə fəaliyyətlərində və sosial kampaniyalarda iştirak edə bilərsiniz. Sponsorlarımızla birgə böyük nailiyyətlərə imza atacağımıza inanırıq!