blog 11
Könüllü həkimimiz Dr. Lamiyə Tağıyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən stomatoloji xeyriyyə aksiyası çərçivəsində, Dayaq Xeyriyyə Cəmiyyətinin himayəsində olan ehtiyaclı ailələrdən birinin övladı – Adəm Hüseynov üçün təmannasız tibbi yardım göstərilmişdir.
Uzun müddətdir stomatoloji narahatlıqlardan əziyyət çəkən Adəmin vəziyyəti Dr. Lamiyə xanım tərəfindən diqqətlə dəyərləndirilmiş, zəruri müdaxilələr peşəkarcasına və qayğıkeş yanaşma ilə həyata keçirilmişdir. Müalicə prosesi təkcə tibbi müdaxilə ilə yekunlaşmamış, eyni zamanda Adəmə mənəvi dəstək, anlayış və xoş ünsiyyət mühiti də bəxş edilmişdir.
Bu xeyirxah təşəbbüsü və nümayiş etdirdiyi yüksək insani dəyərlərə görə Dr. Lamiyə Tağıyeva dərin minnətdarlığımızı bildiririk.