blog 12


“Sevgi ilə” layihəsi çərçivəsində, “Dayaq Xeyriyyə” Cəmiyyətinin himayəsində olan, çətin həyat şəraitində yaşayan və böyrək çatışmazlığından əziyyət çəkən iki övlad anası Aygün Qasımovanın oğlu Hüseyn Qasımova tibbi yardım göstərilmişdir. Aygün xanımın ailəsi uzun müddətdir sosial baxımdan dəstəyə ehtiyac duyur. Xüsusilə də övladlarının sağlamlığı ilə bağlı məsələlər ailənin imkanlarını ciddi şəkildə məhdudlaşdırır.


Bu məqsədlə, layihəmizin dəyərli könüllü həkimi Dr. Günel Təhməzovanın təşəbbüsü ilə Hüseynə tamamilə təmənnasız stomatoloji xidmət göstərilmişdir. Müalicə zamanı həkimimizin göstərdiyi peşəkar yanaşma, insani qayğı və anlayış, uşağın sağlamlığına müsbət təsir göstərməklə yanaşı, ailəyə mənəvi dayaq olmuşdur.


Dr. Günel Təhməzovaya, bu nəcib təşəbbüsə verdiyi dəyərli töhfəyə, Hüseynin müalicəsinə göstərdiyi xüsusi diqqət və mərhəmətə görə səmimi təşəkkürümüzü bildiririk.