blog 13

“Sevgi ilə” Stomatoloji Dayaq layihəsi çərçivəsində, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş II Qarabağ müharibəsi şəhidi – qəhrəmanımız Namiq Mailovun övladı Cahid Mailov üçün təmannasız tibbi xidmət göstərilmişdir.


Layihəmizin könüllü həkimi Dr. İqbal Suleymanov bu nəcib təşəbbüsü şəxsən həyata keçirmiş, pasientin stomatoloji problemləri ilə diqqətlə maraqlanaraq yüksək peşəkarlıq və insani dəyərlərlə yanaşma nümayiş etdirmişdir. Göstərilən xidmətlər yalnız tibbi müdaxilə ilə məhdudlaşmayıb, həm də şəhid ailəsinə qarşı olan hörmət və mənəvi dəstəyin bir nümunəsi olmuşdur.


Bu xeyirxah və dəyərli dəstəyə görə, başda Dr. İqbal Süleymanov olmaqla, Real Dent klinikasının bütün kollektivinə səmimi təşəkkürümüzü bildiririk. Onların göstərdiyi peşəkar yanaşma, mərhəmətli münasibət və könüllü dəstəkləri, bizim üçün son dərəcə qiymətlidir.