blog 14

“Sevgi ilə” Stomatoloji Dayaq layihəsi çərçivəsində, sağlamlıq imkanları məhdud olan ehtiyaclı şəxslərimizdən biri layihəmizin könüllü həkimi Dr. Adil Cəfərov tərəfindən tamamilə təmənnasız stomatoloji xidmətlə təmin edilmişdir.


Ehtiyaclımızın tibbi vəziyyəti diqqətlə dəyərləndirilmiş, lazım olan müdaxilələr Dr. Adil Cəfərovun peşəkar və qayğıkeş yanaşması ilə uğurla həyata keçirilmişdir. Müalicə zamanı yalnız fiziki sağlamlıq deyil, həm də insani münasibət, anlayış və mənəvi dəstək ön planda tutulmuşdur.


Bu nəcib təşəbbüsü və ehtiyac sahiblərinə göstərdiyi fədakar xidmətinə görə Dr. Adil Cəfərova səmimi təşəkkürümüzü bildiririk. Onun kimi könüllülərin dəstəyi ilə biz bir çox ailəyə yalnız tibbi yardım deyil, ümid və güvən hissi də bəxş edirik.