blog 15

“Sevgi ilə” layihəsi çərçivəsində, “Dayaq Xeyriyyə“ Cəmiyyətinin himayəsində olan, sağlamlıq imkanları məhdud ehtiyaclımız Xanlar Sadıqova stomatoloji tibbi yardım göstərilmişdir. Uzun müddətdir stomatoloji problemlərlə üzləşən Xanlar bəyin müraciəti əsasında, onun ehtiyacları layihəmizin könüllü həkimi Dr. Mətləb Ələsov tərəfindən dəyərləndirilmiş və təmənnasız şəkildə müvafiq müalicə prosesi başlanmışdır.
Dr. Mətləb Ələsovun peşəkarlığı ilə yanaşı, pasientə göstərdiyi xüsusi diqqət, anlayış və insani münasibət üçün dərin təşəkkürümüzü bildiririk.