.jpeg)
Ayaq nahiyəsindən serebral iflic diaqnozu ilə yaşayan və II qrup əlil olan ehtiyaclı Sevil İsmayılovaya göstərilən diqqət və yardım bizdə böyük minnətdarlıq hissi oyadır. Çətin həyat şəraitində mübarizə aparan Sevil xanımın həyat yoldaşı da II qrup əlil olub, himayəsində xüsusi qayğıya ehtiyacı olan azyaşlı övladı vardır. Ailənin sosial və tibbi ehtiyaclarını nəzərə alaraq, müraciətləri əsasında onların sağlamlıqla bağlı narahatlıqları bizim tərəfimizdən diqqətə alınmış və müvafiq dəstək göstərilmişdir.
Bu çətin vəziyyətdə Sevil xanımın tibbi ehtiyaclarına cavab verən və tamamilə təmənnasız stomatoloji xidmət göstərən könüllü həkimimiz Dr. İlkin Adıgözəlov - a dərin təşəkkürümüzü bildiririk. Onun bu humanist addımı, peşəsinə olan bağlılığının və sosial məsuliyyət hissinin parlaq təzahürüdür.
Bununla yanaşı, illərdir layihələrimizə dayanıqlı və səmimi şəkildə dəstək göstərən DentalArt estetik klinikasının bütün kollektivinə də xüsusi minnətdarlığımızı ifadə edirik. Onların bu cür hallarda bizimlə birgə hərəkət etməsi, ehtiyac sahiblərinə qayğı ilə yanaşması və könüllülük prinsiplərini dəstəkləməsi bizim üçün böyük əhəmiyyət daşıyır.