
“Sevgi ilə” layihəsi çərçivəsində, ehtiyaclı ailəmizin övladı Elay Abdulxalıqov üçün tibbi dəstək göstərilməsi məqsədilə tərəfimizə edilən müraciət əsasında, layihəmizin dəyərli könüllü həkimi Dr. İsgəndər İsgəndərli tərəfindən tamamilə təmənnasız stomatoloji xidmətlər göstərilmişdir.
Elayın müalicə prosesində göstərilən diqqət, yüksək peşəkarlıq və insanpərvərlik bizim üçün böyük əhəmiyyət daşıyır. Bu cür nəcib təşəbbüslər sayəsində ehtiyac içində olan uşaqlara sağlam təbəssüm bəxş etmək mümkün olur. Könüllü həkimimizin göstərdiyi bu qayğı və əzmkarlıq həm həkim peşəsinin, həm də insanlığın gözəl nümunəsidir.
Eyni zamanda, bu təşəbbüsün həyata keçirilməsində göstərdikləri əmək və dəstəyə görə S Dent klinikasının rəhbərliyinə, Dr. Səid Quluzadəyə və Dr. İsgəndər İsgəndərliyə xüsusi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.