blog 19

“Dayaq Xeyriyyə” Cəmiyyətinin himayəsində olan, şəkər xəstəliyindən əziyyət çəkən və tək yaşayan ehtiyaclımız Hicran Məhərrəmovaya, həyat keyfiyyətini ciddi şəkildə məhdudlaşdıran stomatoloji problemləri ilə bağlı təcili tibbi dəstək göstərilmişdir.
Onun gündəlik həyatını çətinləşdirən bu problemlərin aradan qaldırılması məqsədilə, layihəmizin könüllü həkimlərindən olan Dr. Elçin Abbasov tərəfindən tamamilə təmənnasız və könüllü əsasda tibbi yardım həyata keçirilmişdir.
Dr. Elçin Abbasova göstərdiyi yüksək məsuliyyət, empatiya və könüllülük nümunəsinə görə dərin təşəkkürümüzü bildiririk.