blog 2

I qrup gözdən əlil olan Abasət Hacıyev uzun illərdir diş problemlərindən əziyyət çəkirdi. Damaq boşluğu və implant qoyulmasına ehtiyac olduğundan, fondumuza müraciət etdi. Onun vəziyyətini nəzərə alaraq, Estetik Diş Klinikası ilə əlaqə saxladıq və Doktor Fariz Rzayev, diş texniki Cavid Niftəliyev tərəfindən müayinə və müalicə aparıldı. Müalicə çərçivəsində Abasətə 7 ədəd implant qoyuldu, üst çənədə implantüstü protez, alt çənədə isə bar protez hazırlandı. Həmçinin, müayinə zamanı 3D rentgen müayinəsi aparıldı ki, bu da prosedurun daha dəqiq və effektiv aparılmasına kömək etdi. Bu uğurlu müalicə Abasət bəyin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırdı.