"Dayaq” Xeyriyyə Cəmiyyəti “YAŞAT” Fondunun təşkil etdiyi Yay Düşərgəsi çərçivəsində “Fırçala, gülümsə, parla” adlı maarifləndirici tədbir həyata keçirib.
Tədbirin əsas məqsədi azyaşlıları ağız boşluğu gigiyenası mövzusunda maarifləndirmək olub. Təlim uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlar üçün əyləncəli, yadda qalan anlarla müşayiət olunub.
Üç həftə davam edən tədbirdə 195 şəhid övladı iştirak edib.
Qeyd edək ki, “Zubochistka” tədbirə xüsusi dəstək göstərərək sonda uşaqları diş pastası və diş fırçaları ilə sevindirib. Bu təşəbbüs uşaqlar arasında ağız sağlamlığına marağı artırmaq və düzgün gigiyena vərdişlərinin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyıb.
Layihənin uğurla icrasında əvəzsiz rolu olan könüllü stomatoloqlarımıza, sponsorumuza və bu təşəbbüsün reallaşmasına şərait yaratdığı üçün “YAŞAT” Fonduna dərin minnətdarlığımızı bildiririk.