blog 5

“Dayaq Xeyriyyə” fondunun himayəsində olan, ehtiyaclı ailənin övladı Nəzrin Salmanzadə uzun müddətdir diş ağrılarından əziyyət çəkirdi. Onun valideynləri müraciət edərək, vəziyyətinin ağır olduğunu və qızlarının ağrılara dözə bilmədiyini bildiriblər. Müraciəti nəzərə alaraq, Pro İmplant klinikasında Doktor Emil İmanov tərəfindən Nəzrinə tibbi yardım göstərildi. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün diş müalicəsi həssas bir proses olduğundan, prosedur sedasiya altında həyata keçirildi. Bu üsul sayəsində Nəzrin ağrı və narahatlıq hiss etmədən, təhlükəsiz şəkildə diş çəkimi prosedurundan keçdi. Klinikaya və həkimə göstərdikləri könüllü dəstəyə görə təşəkkürümüzü bildiririk.