blog 6

II Qarabağ müharibəsi şəhidi Fərid Quliyevin atası Vahid Quliyev dişlərində ciddi problemlərlə üzləşmişdi. Diş çürükləri, qırılmalar və davamlı ağrılar onun gündəlik həyatına mənfi təsir edirdi. Fondumuzun dəstəyi ilə onun müalicəsi üçün lazımi addımlar atıldı və müraciət əsasında o, peşəkar həkimlər tərəfindən müalicə olundu. Doktor Asif Orucəliyev və Diş texniki Emin Quliyev tərəfindən 8 dişin çəkimi, 6 dişin müalicəsi, panorama rentgen müayinəsi, həmçinin alt və üst çənədə metal keramika tətbiqi icra edildi. Bu proses nəticəsində Vahid Quliyev həm estetik baxımdan daha sağlam gülüş qazandı, həm də diş ağrılarından azad oldu.