
Famil Salmanov uzun illərdir davam edən ciddi stomatoloji problemlərlə mübarizə aparır. O, iki əqli qüsurlu övladını təkbaşına böyüdən, övladlarının qayğısını öz üzərinə götürən fədakar bir atadır. Ailənin gündəlik çətinlikləri, sağlamlıq problemləri və maddi məhdudiyyətlər onun həyatını daha da mürəkkəbləşdirir. İllərdir davam edən diş problemləri həm sağlamlığına, həm də həyat keyfiyyətinə ciddi təsir göstərib. Lakin bütün bu çətinliklərə baxmayaraq, o, övladları üçün mübarizəsini davam etdirir.
Famil Salmanovun sağlamlığına qovuşması üçün könüllü həkimimiz Cavanşir Talıbov və könüllü texnikimiz Turxan Nəsirov böyük dəstək göstərdilər. Onların peşəkarlığı və xeyirxahlığı sayəsində onun illərdir yaşadığı ağrılar aradan qaldırıldı, sağlam bir təbəssüm qazanmasına kömək edildi.