.jpeg)
“adentta” şirkəti, “Dayaq Xeyriyyə” və “Sevgiilə” Stomatoloji Dayaq layihəsi tərəfindən həyata keçirilən “Uşaqlar gülsün” təşəbbüsü çərçivəsində aztəminatlı ailələrdən olan 5 uşağa qayğıkeş həkimlər tərəfindən 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasında stomatoloji dəstək göstərilmişdir.
Layihə çərçivəsində Güllü Abılovanın 2 kariesli dişi çəkilmiş və ortodontik müalicəyə ehtiyac olduğu müəyyən olunmuşdur. Səma Abılovanın 1 dişi bərpa edilmiş, eyni zamanda ortodontik müalicəyə ehtiyac olduğu aşkar edilmişdir. Qurban İsmayılovun 1 dişi çəkilmiş, əlavə olaraq diş bərpasına və ortodontik müalicəyə ehtiyac duyulduğu qeyd olunmuşdur. Hüseyn Zeynalovun 1 dişi çəkilmiş, bundan əlavə 3 dişinin də çəkilməsinə ehtiyac vardır. Aydan İsmayılovanın isə 2 dişi çəkilmiş və ortodontik müalicəyə ehtiyac olduğu müəyyən edilmişdir.
“adentta” şirkətinin rəhbərliyinə, 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasına və həkimlərinə dərin minnətdarlığımızı bildiririk.