Fırçala, Gülümsə, Parla
"Ağız boşluğunun gigiyenası" tədbiri
“Fırçala, Gülümsə, Parla” tədbiri uğurla keçirildi
Sevgiilə layihəsi çərçivəsində təşkil edilən “Fırçala, Gülümsə, Parla” tədbirində uşaqların ağız və diş sağlamlığına diqqət çəkildi. Splat şirkətinin dəstəyi və ADSU'nun könüllü tələbələrinin iştirakı ilə uşaqların ağız və diş müayinələri aparıldı.
Müayinə zamanı uşaqlara düzgün diş fırçalama texnikası, gündəlik ağız gigiyenasının qaydaları və erkən yaşlardan profilaktikanın əhəmiyyəti barədə ətraflı məlumat verildi. Müayinələrin nəticələrinə əsasən, bir çox uşaqlarda diş çürüməsi (kariyes), flüoroz, açıq dişləm, çarpaz dişləm (crossbite), zərərli diş ərpi və digər ortodontik problemlər müşahidə olundu. Bu hallar erkən diaqnoz və maarifləndirmənin vacibliyini bir daha vurğuladı.
Layihənin əsas tərəfdaşlarından olan Splat şirkətinin dəstəyi ilə uşaqlara yaşlarına uyğun diş fırçaları və diş pastaları hədiyyə edildi. Bu təşəbbüs uşaqlar arasında ağız sağlamlığına marağı artırmaq və düzgün gigiyena vərdişlərini formalaşdırmaq məqsədi daşıyırdı.
Gülüşlərin və xoş emosiyaların müşayiəti ilə keçirilən tədbir, balaca iştirakçılar üçün həm əyləncəli, həm də sağlam gələcək üçün önəmli bir addım oldu.
“YAŞAT” Yay Düşərgəsi
"Dayaq” Xeyriyyə Cəmiyyəti “YAŞAT” Fondunun təşkil etdiyi Yay Düşərgəsi çərçivəsində “Fırçala, gülümsə, parla” adlı maarifləndirici tədbir həyata keçirib.
Tədbirin əsas məqsədi azyaşlıları ağız boşluğu gigiyenası mövzusunda maarifləndirmək olub. Təlim uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlar üçün əyləncəli, yadda qalan anlarla müşayiət olunub.
Üç həftə davam edən tədbirdə 195 şəhid övladı iştirak edib.
Qeyd edək ki, “Zubochistka” tədbirə xüsusi dəstək göstərərək sonda uşaqları diş pastası və diş fırçaları ilə sevindirib. Bu təşəbbüs uşaqlar arasında ağız sağlamlığına marağı artırmaq və düzgün gigiyena vərdişlərinin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyıb.
Layihənin uğurla icrasında əvəzsiz rolu olan könüllü stomatoloqlarımıza, sponsorumuza və bu təşəbbüsün reallaşmasına şərait yaratdığı üçün “YAŞAT” Fonduna dərin minnətdarlığımızı bildiririk.
FOTOLAR