
“Sevgi ilə” Stomatoloji Dayaq layihəsi çərçivəsində sağlamlıq imkanları məhdud olan, serebral iflic diaqnozu ilə yaşayan və aztəminatlı ailədən olan azyaşlı ehtiyaclımıza könüllü həkimlərimiz Tural Cahangirov və Yasəmən Cabbarlı tərəfindən təmannasız stomatoloji xidmətlər göstərilmişdir.
Pasientin vəziyyətini nəzərə alaraq, həkimlərimiz tərəfindən yalnız tibbi müdaxilə deyil, həm də qayğı, diqqət və anlayışla müşayiət olunan humanist yanaşma nümayiş etdirilmişdir. Bu, tibb sahəsində etik dəyərlərin və vicdani məsuliyyətin gözəl nümunəsidir. Xüsusi minnətdarlığımızı Vaqif Nəbiyevə bildiririk – mobil anesteziya xidmətinə göstərdiyi xüsusi güzəşt və dəstək, bu prosesin rahat şəkildə baş tutmasına şərait yaratmışdır.
Həmçinin, Hollywood Smile klinikasının bütün kollektivinə – bu xeyirxah missiyanı dəstəklədikləri, komanda şəklində insanlığa, mərhəmətə və həmrəyliyə verdikləri töhfəyə görə dərin təşəkkürümüzü bildiririk.