
“Sevgi ilə” Stomatoloji Dayaq layihəsi çərçivəsində, Vətən uğrunda canından keçmiş II Qarabağ müharibəsi şəhidi, qəhrəmanımız Namiq Mailovun övladı – Cəsur Mailov üçün xüsusi tibbi dəstək göstərilmişdir.
Şəhid ailələrinin sosial və psixoloji yükünü bir qədər də olsa azaltmaq məqsədilə, bu yardım layihəmizin könüllü həkimi Dr. İqbal Suleymanov tərəfindən tamamilə təmənnasız şəkildə həyata keçirilmişdir. Cəsur bəyin stomatoloji müalicəsi zamanı yalnız tibbi xidmət deyil, eyni zamanda mərhəmət, anlayış və sevgi dolu bir yanaşma nümayiş olunmuşdur.
Bu cür diqqət, şəhid övladına göstərilən qayğının, onun atasının müqəddəs xatirəsinə verilən dəyərin bariz göstəricisidir. Bu nəcib və yüksək dəyərlərə söykənən təşəbbüsə görə, başda Dr. İqbal Süleymanov olmaqla, Real Dent klinikasının bütün kollektivinə səmimi təşəkkürümüzü bildiririk.